Tramp gələn həftə Orta Asiya liderləri ilə görüşəcək

Dünya

29.10.2025 - 09:27

Görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin iştirakı gözlənilir

ABŞ Prezidenti Donald Tramp gələn həftə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş 6 noyabr cümə axşamı günü keçiriləcək. Görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin iştirakı gözlənilir.

26 oktyabrda Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Mətbuat Xidməti Mərkəzi Asiya liderləri və Trampın iştirakı ilə 6 noyabrda Vaşinqtonda sammitin planlaşdırıldığını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş