“Düşünürəm ki, o, çox yaxşı qala bilərdi”
“ABŞ Prezidenti öz eqosuna görə seçki yarışından çıxmır”. AYNA “Fox News”a istinadən xəbər verir ki, hazırkı Amerika liderinin yenidən seçilmək uğrunda mübarizəni davam etdirməsinin səbəbini Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasının prezident seçkilərində namizədi Donald Tramp dəyərləndirib.
“Düşünürəm ki, o, çox yaxşı qala bilərdi. Amma onun eqosu var və getmək istəmir. O, bunu etmək istəmir”, - deyə siyasətçi bildirib.
Bayden daha əvvəl Konqresə yazdığı məktubda prezident seçkilərindən geri çəkilmək fikrində olmadığını bildirmişdi. Amerika lideri onu da yazıb ki, ABŞ Demokrat Partiyası diqqəti indiki seçki yarışına cəmləmək üçün onun başqa namizədlə əvəzlənməsi məsələsini bağlamalıdır.