Tramp yüksək inflyasiya və Ukraynadakı hərbi münaqişəni ABŞ-ın hazırkı administrasiyasının “nailiyyətlər siyahısına” daxil edib
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Amerikada yüksək inflyasiya və Ukraynadakı hərbi münaqişəni ABŞ-ın hazırkı administrasiyasının “nailiyyətlər siyahısına” daxil edib. AYNA xəbər verir ki, bu barədə siyasətçi “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əlavə, Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin “nailiyyətləri” arasında Amerika qoşunlarının Əfqanıstandan çıxarılması, Qəzza zolağında münaqişə, 15 milyon qeyri-qanuni miqrantın ABŞ-a girməsi, cinayətin kəskin artması, eləcə də istehlak borcunun rekord dərəcədə artması və benzinin yüksək qiyməti yer alıb.
Tramp həmçinin Ağ Evin hazırkı administrasiyasını Prezident Co Baydenin fiziki və psixi vəziyyəti haqqında yalan danışmaqda və hakimiyyətdən istifadə edərək siyasi rəqiblərinə hücum etməkdə ittiham edib.