ABŞ Prezident Donald Tramp 26 Avropa ölkəsinə səyahət qadağasını bəyan edib
Buna ABŞ-da koronavirus böhranı ilə mübarizə planı çərçivəsində qərar verilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, hələlik qadağada İngiltərə, İrlandiyadan geri qayıdan vətəndaşlar istisna edilir.
Tramp həmçinin ölkədə koronavirusla bağlı fövqəladə vəziyyət elan edərək büdcədən 50 milyard dollar (40 milyard funt sterlinq) ayırıb.
Qeyd edək ki, ABŞ-da virusa yoluxanların sayı 2000 nəfəri ötüb, ölənlərin sayı isə 43-ə çatıb. Ötən gün rəsmi Vaşinqton bir Çin diplomatının ABŞ hərbi qüvvələrinin Çinə virus gətirə biləcəyi ilə bağlı şərhlərinə kəskin etirazını bildirib.