Tramp: "Avqustun 15-i Rusiyada Putinlə görüşəcəyəm"

Dünya

11.08.2025 - 22:53

Tramp görüş üçün Rusiya Federasiyasına səfər edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i görüşməyi gözlədiyini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə  TASS məlumat yayıb.

Tramp görüş üçün Rusiya Federasiyasına səfər edəcəyini bildirib. Amerika lideri təfərrüatları açıqlamayıb.

Trampın görüş üçün Rusiyaya səfər edəcəyini söyləməsi maraqla qarşılanıb. Onun bu ifadəni yanlışlıqla səsləndirdiyi ehtimal olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ rəsmiləri Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini bildirmişdilər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş