Tramp: “Allah məni xilas etdi ki, Amerikanı və dünyanı xilas edə bilim”

Dünya

28.08.2024 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

“Mən qalib gəlsəm, bu, həqiqətən, xilasetmədə iştirak etməyimi istəyən inanılmaz bir güc olduğu anlamına gələcək”

“Allah sui-qəsd cəhdi zamanı məni xilas etdi ki, Amerikanı və bəlkə də dünyanı xilas edim”. AYNA “The Times”ə istinadən bildirir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp deyib.

“Mən qalib gəlsəm, bu, həqiqətən, xilasetmədə iştirak etməyimi istəyən inanılmaz bir güc olduğu anlamına gələcək. Və bəlkə də bu, milləti xilas etməkdən daha çox dünyanın xilası üçündür”, - Tramp qedy edib.

Qeyd edək ki, iyulun 13-də Pensilvaniya ştatında seçkiqabağı mitinqdə çıxış edən Donald Trampa sui-qəsd edilib. Siyasətçi qulağından yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş