“Şimali Koreya lideri Kim Çen In də məni yenidən görmək istərdi”
“Ağ Evə qayıdanda Şimali Koreya ilə anlaşacağıq. Şimali Koreya lideri Kim Çen In də məni yenidən görmək istərdi”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Milvaukeedə Respublikaçılar Partiyasının Milli Qurultayındakı çıxışında respublikaçıların prezidentliyə namizədi, keçmiş ABŞ lideri Donald Tramp deyib.
Qurultayda Tramp qarşıdan gələn noyabr seçkilərində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa rəsmən razılıq verdi.
Tramp Prezident olarkən Şimali Koreya ilə yaxşı anlaşdığını da xatırladıb: “Həqiqət budur ki, bizim opponentlərimiz olan demokratlar sülh dünyasını miras aldılar və onu müharibə planetinə çevirdilər”, - Tramp deyib.