“Bayden və Harris bizi Ukraynadakı müharibəyə qoşdular və indi bizi oradan çıxara bilmirlər”
“Vaşinqton Ukraynadakı münaqişədə “ilişib”. Seçkilərdə qalib gələcəyim təqdirdə Moskva ilə Kiyev arasındakı qarşıdurmanı həll edəcəyimə söz verirəm”. AYNA “The Hill”ə istinadən bildirir ki, bu sözləri ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp deyib.
“Bayden və Harris bizi Ukraynadakı müharibəyə qoşdular və indi bizi oradan çıxara bilmirlər. Bacarmazlar. Amma mən seçilərsəm söz verirəm - çıxacağıq, çıxacağıq, çıxacağıq. Bayden isə bunu üç ildir deyir”, - Tramp bildirib.
Respublikaçı ABŞ-ın “münaqişədə ilişib qaldığını” vurğulayıb və seçkidə qalib gələrsə, tərəflər arasında danışıqlar aparacağına və böhranı həll edəcəyinə söz verib. Onun sözlərinə görə, Vaşinqton bu münaqişədən çıxmalıdır.