“Kəsiri aradan qaldırmaq Çinlə müqavilə imzalamaq üçün şərtdir”
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılacağı təqdirdə müqavilə bağlaya biləcəyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə müsahibəsində deyib.
Tramp vurğulayıb ki, ABŞ Çinə ildə yüz milyardlarla dollar itirir: “Ona görə də ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq”.
Prezident qeyd edib ki, ABŞ Çinə qarşı sərt sanksiyalar tətbiq etməklə “tamamilə düzgün hərəkət edir”.