Toyuna hazırlaşan Messinin bacısı avtomobil qəzasına düşüb

İdman

24.12.2025 - 08:43

Mariya Sol iki fəqərə sümüyünü, topuq və bilək sümüklərini sındırıb və yanıq xəsarətləri alıb

Argentina milli komandasının kapitanı, ulduz futbolçu Lionel Messinin bacısı Maria Sol Messi ciddi avtomobil qəzasına düşüb və ağır xəsarətlər alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qəza Mayamidə baş verib.

Məlumata görə, o avtomobilin idarəetməsini itirib və divara çırpılıb. İlkin tibbi müayinələrə görə, Mariya Sol iki fəqərə sümüyünü, topuq və bilək sümüklərini sındırıb və yanıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti stabildir, lakin geniş reabilitasiyaya ehtiyac var.

ABŞ-da tibbi müalicə aldıqdan sonra o reabilitasiyasını davam etdirəcəyi doğma şəhəri Rosarioya aparılıb.

Qəza həmçinin onun qarşıdan gələn toy mərasiminin təxirə salınmasına səbəb olub. Mariya Sol 3 yanvar 2026-cı ildə “İnter Mayami” gənclər komandasının məşqçisi Julián Tuli Arellano ilə evlənməli idi. Julián Arellano “İnter Mayami”nin U-19 komandasının məşqçisidir və Messi ailəsini 12 ildən çoxdur tanıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş