Paytaxt klubu Lester təmsilçisini məğlub edib
Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib. AYNA xəbər verir ki, “Tottenhem” öz meydanında “Lester Siti”ni qəbul edib.
“Uebli” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.
Bu qələbə ilə xal ehtiyatını 58-ə çatdıran “Tottenhem” turnir cədvəlində 6-cı, “Lester Siti” isə 62 xalla 4-ci yerdə qərarlaşıb.