Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb
Tovuz rayonu, Qovlar şəhərində şərab zavodunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Xidmətin qüvvələrinin operativ müdaxiləsi sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.