Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb
Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir azyaşlı hadisə yerində ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.