Tovuzda kafedə bıçaqlanma olub

Hadisə

27.10.2025 - 00:16

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş