Tovuzda ev yanıb

Hadisə

02.01.2025 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

Yaşlı kişinin meyiti aşkarlanıb

Tovuzda yanğın hadisəsi baş verib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, yanvarın 2-si saat 02 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndindəki evin həyətində olan dəmir konstruksiyalı köməkçi tikilidə yanğın qeydə alınıb.

12 kv. m. sahənin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Hüseynov Fazilin yanmış meyiti tapılıb.

Araşdırmalar Tovuz Rayon Prokurorluğu tərəfindən aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş