"Tottenhem"in çempionat oyunu təxirə salınıb

İdman

09.12.2021 - 23:28

Həkimlər Klinikalar SEO Xidməti

Klubda 6 nəfərin koronavirus testi pozitiv çıxıb

Futbol üzrə İngiltərə Premyer Liqasının XVI turunun "Brayton" - "Tottenhem" oyunu təxirə salınıb.

AYNA-nın London klubunun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.

Paytaxt klubunda 6 nəfərin COVID-19 testi müsbət çıxdığından matçın oynanılmamasına qərar verilib.

Qeyd edək ki, daha əvvəl "Tottenhem"in evdə Fransanın "Renn" klubunda qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçı eyni səbəbdən ləğv olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş