Tokayev kömək üçün KTMT-yə müraciət etdi

Dünya

05.01.2022 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

Tokayev: "KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun hesab edirəm"

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev "terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına müraciət edib.

AYNA xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

“KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun və vaxtında olunmuş müraciət hesab edirəm", - deyə Tokayev bildirib. 

Onun sözlərinə görə, söhbət dövlətin bütövlüyünə təhlükə və vətəndaşlara qarşı hücumlardan gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş