Tofiq Yaqubluya hökm oxundu

Xəbərlər

03.09.2020 - 11:53

Siyasi fəal 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

 

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. AYNA xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Yaqubluya hökm oxunub.

 

Hökmə əsasən, o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Siyasi fəal cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

 

Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Bu gündən etibarən hüququnun bərpa edilməsi üçün Yaqublu aclıq aksiyasına başlayıb. 

Müəllif: Ayna.az