Tikinti şirkətində bədbəxt hadisə

Hadisə

07.03.2021 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

İşçinin qolu amputasiya olundu

 

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

 

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub. Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş