Teyliryanın heykəlinin ayağı altındakı “baş” – Terror təbliğatı budur

Aktual

15.04.2021 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın Xarici İşlər Nazirliyinin  açıqlaması həqiqəti əks etdirir

 

Bakıda açılan Hərbi Qənimətlər Parkı Ermənistan gündəmini zəbt edib. Xəbər verdiyimiz kimi, bu ölkənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Parkın açılışını, xüsusilə, burada erməni əsgərlərinin maneken və dəbliqələrinin nümayiş olunmasını ləyaqətlərinə təhqir kimi qəbul ediblər, bunu millətlərarası nifrət mənbəyi kimi təqdim etməyə çalışıblar.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi artıq bu bəyanatı şərh edib. Şərhdə mövzu ilə bağlı diqqət çəkən nüans var. Həmin məqam belədir:  “Terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur”. AYNA xəbər verir ki, Saxta.info Azərbaycan XİN-in vurğuladığı abidə ilə bağlı dəqiqləşdirmə aparıb.

 

Əvvəlcə qeyd edək ki,  Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olan Soqomon Teyliryan Birinci Dünya Müharibəsi başlayanda türklərə qarşı vuruşan dəstəyə qoşulub. “Daşnaksütyun”un tapşırığı ilə guya, türk polisinə casusuluq edən  Mkrıtıç Arutunyanı qətlə yetirib.  Daha sonra Almaniyaya gedib və 1921-ci ilin mart ayının 15-də yenə daşnakların göstərişi ilə terror aktı törədib.  Bu dəfə o, daşnakarın təşkil ediyi “Nemezis” əməliyyatı çərçivəsində Osmanlı imperiyasının  baş naziri olmuş Tələt Paşanı  qətlə  yetirib. Belin polisi terrorçunu yaxalasa da məhkəmə prosesində əqli cəhətdən “xəstə” olması əsas gətirilərək azadlığa buraxılıb.  Məhkəmədən sonra Teyliryan  30 il Serbiyada yaşayıb, daha sonra ABŞ-a mühacirət edib  və  Kaliforniya ştatının San- Fransisko şəhərində məskunlaşıb. 1960-cı ildə burada ölüb.

Ermənilərin “qəhrəman”, “qisasçı” kimi  kimi təqdim etdiyi terrorçuya  2003-cü ildə  İrəvan şəhərinin Açapnyak rayonunda abidə qoyulub.  Bundan başqa, onun Araqatsotn vilayətinin Mastar kəndində də abidəsi var.

 

Teyliryanın  Şirak vilayətinin (keçmiş adı Şörəyel mahalı - red)  Maralik şəhərindəki (keçmiş  adı Molla Göyçə - red) abidəsi isə terrorçuya qoyulan əsas abidə hesab olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin diqqət çəkdiyi bu abidədir. Çünki  məhz bu abidədə Telyiryanın ayağı altında kəsilmiş insan başı var. Qısa araşdırma nəticəsində terrorçunun bu abidəsi ilə bağlı diqqətçəkən nüanslar ortaya çıxdı.

 

Qeyd edək ki, Teyliryanın Şirak vilayətindəki abidəsinin açılışı 22 aprel 2015-ci ildə, qondarma ”erməni soyqırımı”nın  100-cü ildönümü ərəfəsində  olub. Teyliryanın əlində tapança olan bürünc heykəli hündürlüyü 3,5 metr olan postamentin üzərindədir. Burada diqqət çəkən yuxarıda qeyd etdildiyi kimi, onun ayağının altında kəsilmiş insan başının olmasıdır.  Heykəlin müəllifi Ermənistanın əməkdar rəssamı, heykəltaraş Samvel Petrosyan 2017-ci ilin iyul ayında erməni mətbuatına açıqlamasında etiraf edib ki, Teyliryanın  ayağı  altına  qoyulan kəslimiş baş heykəli Tələt Paşanın obrazıdır. Hətta heykəlin emalatxanada saxlanılan gil variantında Tələt Paşanın siması olduğu kimi verilib. 

 

Petrosyan deyib ki,  heykəl hazır olduqdan sonra Şirak vilayətinin qubernatoru Feliks Solakyan bunun Avropada yaxşı qarşılanmayacağını əsas gətirərək başın üzərinə örtük çəkilməsini israr edib. Qubernatorun israrına əməl olunub, “baş”ın üzərinə örtük çəkilərək, necə deyərlər əsas  ideya “gizlədilib”.  Heykəltaraş deyib ki,  bununla belə diqqətlə baxdıqda Tələt Paşanın burnu və boynu örtük altından görünür.   Ona görə də  örtüyü götürməklə  orijinal variantı  bərpa  etmək  mümkündür.

Təxminən 1 il sonra  heykəltaraşın “arzusu” reallaşıb. 2018-ci ilin sentyabr ayında heykəltaraş mətbuata verdiyi növbəti  açıqlamasında  heykəlin orijinal variantının (söhbət  kəsilmiş insan başının üzündən örtüyün götürülməsindən gedir - red)  bərpa olunduğunu  deyib.  Samvel Petrosyan bu qərarı kimin verdiyini deməsə də, erməni mediası  bu məqamı “yeni hakimiyyətin qorxmaması” kimi qələmə verib. Yeri gəlmişkən, həmin vaxt artıq Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlmişdi. Buradan belə çıxır ki, heykəlin orijinal variantının bərpası ilə bağlı qərarı da Paşinyan və onun komandası verib.

 

Deyilənlər sübut edir ki,  ermənilər terrorçu Soqomon Teyliryana  abidə qoyarkən məşhur türk siyasətçi, Osmanlı İmperiyasının Baş naziri olmuş Tələt Paşanın başını  onun ayaqlıarı altında  göstəməyi  açıq şəkildə  planlaşdırıblar və siyasi bir qərarla bunun reallaşmasına nail olublar. Bu qənaətə gəlinir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin  açıqlaması həqiqəti əks etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş