Tərtərdə yanğın: üç nəfər xəsarət alıb

Hadisə

10.12.2020 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Tərtər rayonunda baş verən yanğın hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, rayonun Evoğlu kəndində ferma ərazisində yaşayış üçün istifadə edilən, ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli tikili yanıb. Hadisə zamanı yanıq xəsarətləri almış üç nəfər təcili və təxirəsalınmaz tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş