Tərtərdə silah-sursat aşkar edilib

Xəbərlər

07.03.2022 - 13:14

Daxili İşlər Nazirliyi məlumat yayıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş