Tərtərdə iki nəfər minaya düşüb

Xəbərlər

01.10.2022 - 13:32

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AYNA-ya Tərtər Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl ba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az