Munasib Abidov hadisə yerində dünyasını dəyişib
Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var.
AYNA-nın "Report"a istinadən məlumatına görə, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.