Terrorçular Türkiyə ərazisini raket atəşinə tutublar

Dünya

21.11.2022 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb

Suriya ərazisindən Türkiyə ərazisinə raket zərbələri endirilib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantep əyaləti növbəti dəfə raket atəşinə tutulub.

PKK/YPG terrorçuları tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəbə, iki evə və Karkamış sərhəd keçid məntəqəsi yaxınlığında bir yük maşınına düşüb.

Zərbələr nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş