“Qəhrəman Ulduzu” zabitin ailəsinə verilib
Moskvada terror aktı nəticəsində həlak olan general-leytenant İqor Kirillov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə yüksək vəzifəli mənbə deyib.
Qeyd edib ki, “Qəhrəman Ulduzu” zabitin ailəsinə verilib.
Kirillov və onun köməkçisi mayor İlya Polikarpov dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində törədilən terror aktı nəticəsində həlak olublar. Bomba yaşayış binasının girişinin yanında dayanan elektrik skuterinə bərkidilib.