“Telegram”da nasazlıq yaranıb

Xəbərlər

04.01.2021 - 20:21

Bir sıra istifadəçilər “Telegram”dakı hesablarına girə bilmir

 

"Telegram" sosial şəbəkəsinin messencerinin işində nasazlıq ortaya çıxıb. AYNA xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.

 

Sosial şəbəkənin istifadəçiləri messencerin işləməməsindən şikayət edirlər.

 

Ən çox şikayətlər messencerə (istifadəçilərin 83 faizi-red) qoşulmadan və mesajların (16 faiz) göndərilməsində yaranan problemlə bağlıdır.

 

Bununla yanaşı, bir sıra istifadəçilər “Telegram”dakı hesablarına girə bilmir. Ən çox problemlər Rusiyada (Moskva və Sankt-Peterburqda), eləcə də Ukrayna, Belarus, Bolqarıstan və ABŞ-da qeydə alınıb.

Müəllif: Ayna.az