Təl-Əviv Beynəlxalq Hava Limanından uçuşlar dayandırılıb

Dünya

25.08.2024 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarələr təhlükəsizlik vəziyyətinə görə başqa hava limanlarına yönləndirilib

Təl-Əviv Beynəlxalq Hava Limanından təyyarələrin uçuşu dayandırılıb. AYNA xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti ölkənin hava limanının rəhbərliyinə istinadən məlumat yayıb.

Təyyarələr “təhlükəsizlik vəziyyətinə görə” başqa hava limanlarına yönləndirilib.

“İsrail Hava Limanları İdarəsi bəyan edib ki, Ben Qurion hava limanından uçan reyslər təxirə salınacaq”, - nəşr qeyd edib.

Sərnişinlərə uçuşların uçuş və eniş vaxtlarında dəyişikliklərlə bağlı aviaşirkətlərə müraciət etmələri tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş