Binanın pəncərələrindən bayraqlar asılıb
Təhsil Nazirliyinin binası üçrəngli Azərbaycan bayrağı ilə bəzədilib. İdarənin binasının pəncərələrindən bayraqlar asılıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin binasında bayraqların asılması ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi Azərbaycanın güclü ordusu olduğunu bir daha göstərir.