Təhsil Nazirliyi tələbələrə müraciət edib

Xəbərlər

02.11.2020 - 15:52

cedabet dərman SEO Xidməti

Müraciətlərin elektron qəbulu prosesi dayandırılacaq

 

Noyabrın 11-dən Təhsil Nazirliyində elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq. Müraciətlər üçün son tarix noyabrın 10-dək nəzərdə tutulur.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, tələbələrin qeyd edilən tarixədək elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

 

Qeyd edək ki, Təhsil Nazirliyi sentyabrın 30-dan elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş