Tehranda partlayışlar olub

Dünya

24.09.2024 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Gərmsar sənaye zonasında üç güclü partlayış baş verib

İranın paytaxtı Tehranın cənub-şərqindəki sənaye zonasında partlayışlar baş verib. AYNA bildirir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tehrandan 100 km cənub-şərqdə yerləşən Gərmsar sənaye zonasında üç güclü partlayış baş verib. Bu ərazidən bir qədər kənarda Xomeyni Kosmik Tədqiqatlar Mərkəzi yerləşir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Bildirilir ki, zavodda neft kondensatı üçün çənlər var. Səlahiyyətlilər hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş