TƏBİB peyvəndin effektivlik faizi və müddətini açıqlayıb

Aktual

15.02.2021 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

"Coronovac"ın effektivliyi 92, təsir müddəti minimum 1 ildir

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini açıqlayıb.

 

AYNA xəbər verir ki, TƏBİB-in “Facebook” səhifəsində verilən açıqlamaya görə, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir.

 

“Peyvəndin insanda yaratdığı immunitetin minimum müddəti isə 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, Türkiyə ilə yanaşı, Azərbaycan vətəndaşları da Çin istehsalı olan "Coronovac"la peyvəndlənirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş