TƏBİB-ə yeni şöbə müdiri təyin edilib

Cəmiyyət

06.01.2021 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Ramin Bayramlı əmr imzalayıb

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

 

AYNA xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə anadan olub. S.Hüseynov daha əvvəl Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri və tərbiyə işləri üzrə prorektor olub.

 

O həmçinin Azərbaycan Dillər Universitetində, Qərbi Kaspi Universitetində və Təhsil Nazirliyinin teledərs layihəsində müəllimdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş