TƏBİB-dən çimərliklərlə bağlı açıqlama

Xəbərlər

20.05.2021 - 14:37

“Çimərliklər müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərə bilərlər”

 

“Bu il də ötən il olduğu kimi çimərliklər müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərə bilər”. AYNA xəbər verir ki, bu barədə Real TV-nin efirində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

O qeyd edib ki, lakin bu qaydalar TƏBİB tərəfindən tənzimlənmir və o sadəcə həkim olaraq qiymət verir: “Ötən il çimərliklərlə bağlı sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş