TDT xarici işlər nazirləri İstanbulda görüşəcəklər

Xəbərlər

06.03.2026 - 19:35

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

Sabah İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, iclasa Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qatılacaq.

Təşkilat daxilində baş verən son hadisələr və qarşıdakı dövrdə atılacaq addımlar dəyərləndiriləcək, aktual qlobal və regional problemlərə dair hərtərəfli məsləhətləşmələr aparılacaq.

İclasda Türk dünyasının ABŞ-İsrail və İran arasında davam edən müharibəyə, üçüncü ölkələri hədəfə alan hücumlara son qoyulması və diplomatiyaya yol açması istiqamətində ortaq mövqe nümayiş etdirməsinin əhəmiyyətinin vurğulanması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş