Tbilisidə etiraz aksiyasında azı 44 nəfər xəsarət alıb

Dünya

01.12.2024 - 16:19

Zərərçəkənlərdən bəziləri tibbi müəssisələrdən ayrılıb

Dünən Tbilisidə keçirilən etiraz aksiyası zamanı 44 nəfər xəstəxanaya yerləşdirilib.

AYNA xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb

Onlardan 27-si etirazçı, 16-sı hüquq-mühafizəçi və 1-i jurnalistdir.

Qeyd edilir ki, zərərçəkənlərdən bəziləri tibbi müəssisələrdən ayrılıb, bəziləri isə həkimlərin nəzarəti altında klinikada qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş