Xu Qingguang hələlik iş üzrə şahid qismində cəlb olunub
Tayvanın peycer istehsalçısı "Gold Apollo" şirkətinin rəhbəri Xu Qingguang Livanda 12 nəfərin ölümü ilə nəticələnən qurğu partlayışları ilə bağlı dindirilməyə çağırılıb. AYNA xəbər verir ki, bu barədə TVBS telekanalı məlumat yayıb.
Onun hələlik iş üzrə şahid qismində iştirak etdiyi bildirilir.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxlu sayda rabitə cihazlarında partlayışlar baş verib. Livanın müxtəlif yerlərində telsizlər, telefonlar və günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.