Sunami təhlükəsi elan edilməyib
Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 1 milyon insanın yaşadığı Tayçunq şəhərindən 99 km şərqdə, yerin 18 km dərinliyində yerləşib.
İtki və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.