Həmçinin J-16 qırıcıları və KJ-500 erkən xəbərdarlıq təyyarələri adaya yaxınlaşıb
Tayvan silahlı qüvvələri bu səhər adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 20-dən çox təyyarəsini qeydə alıb. AYNA xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, yerli vaxtla saat 07:10-dan başlayaraq Çinin 23 təyyarəsi, o cümlədən J-16 qırıcıları və KJ-500 erkən xəbərdarlıq təyyarələri adaya yaxınlaşıb.
Bunlardan 22 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.