“Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli və Corc Forman tarixin ən böyük boksçularıdır”
“Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli və Corc Forman tarixin ən böyük boksçularıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri boks üzrə mütləq dünya çempionu Mayk Tayson Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şaquil O'Nilin “YouTube” kanalına müsahibəsində deyib.
"Liston məğlubiyyəti ilə tanınır, lakin bu, yalnız onun fiqurunun nə qədər əhəmiyyətli olduğunu göstərir. Çünki bu, Məhəmməd Əlini illər boyu məşhurlaşdırıb", - Tayson deyib.
Tarixin ən yaxşı boksçusunun kim olduğunu soruşduqda, Tayson özünü adlandırıb.
Taysonun 58 yaşı var, peşəkar rinqdə 50 qələbə (44 nokautla) qazanıb, 6 məğlubiyyət alıb. Amerikalı ağır çəkidə mütləq dünya çempionu oldu, Ümumdünya Boks Şurasının, Ümumdünya Boks Assosiasiyasının və Beynəlxalq Boks Federasiyasının kəmərlərinin sahibi olub.