İran və ABŞ razılaşma layihəsindəki "bir və ya iki" bənd üzrə fikir ayrılıqlarını həll edə bilməyiblər
İran və ABŞ münaqişənin həlli ilə bağlı ilkin razılaşma layihəsindəki "bir və ya iki" bənd üzrə fikir ayrılıqlarını həll edə bilməyiblər. AYNA.AZ “Tasnim” xəbər agentliyinə istinadən bildirir ki, İran mənbəsinin verdiyi məlumata görə, Tehran Vaşinqtonun sənədin təsdiqini blokladığına əmindir.
Mənbənin məlumatına görə, Tehran Pakistan vasitəçilərinə ABŞ-ın blokadası davam edərsə, sənədi yekunlaşdırmaq üçün heç bir imkanın olmayacağını bildirib. Bəyanatda qalan fikir ayrılıqları göstərilməyib.
Agentliyin mənbəsi yalnız Tehranın İran xalqı üçün ədalət məsələsinə istinad etdiyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla gələcək müqavilə layihəsinin ümumilikdə razılaşdırıldığını bildirmişdi. O Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh müqaviləsinin bir hissəsi olaraq anlaşma memorandumunun layihəsini müzakirə etdiyini qeyd edib.