Tarixi yaramıza əlac edilməsinə başlanılıb - FOTO, VİDEO

Tarix

04.01.2022 - 21:39

Müzadil Həsənov: “Verilən sözün tutulması çox gözəldir”

Qədim Gəncə Qalasının məişət və tikinti tullantılarından təmizlənməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti (GŞİH) tərəfindən keçən ilin son günləri ilkin işlərə start verilmişdi. Bu gün şəhər rəhbərliyinin dəvəti ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisini birlikdə ziyarət edib, aparılan təmizlik işlərinin gedişatı ilə yerindəcə tanış olduq.

Bu barədə AYNA-ya gəncəli ictimai xadim, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat verib: “İşin miqyası, sürəti və səviyyəsi həqiqətən də ürəkaçandır. Nisbətən salamat qalmış böyük qala bürcü və körpünün qalıqları arasında olan ərazinin üst tərəfi demək olar ki, 80% təmizlənib. Şəhər bu işləri daxili imkanlar hesabına həyata keçirdiyindən və xüsusi texnika qıraqdan cəlb etdiyindən ilkin mərhələ işlər burada yekunlaşdı”.

“Lakin, söz verildi ki, ayda bir neçə gün olmaqla yay aylarına kimi ərazi tam olaraq tullantılardan təmizlənəcək. Gəncə Şəhər İcra Hakimiyyəti başcısına verdiyi sözü tutduğu üçün bir daha minnətdarlığımı bildirirəm! Çox ümid edirəm ki, bu gözəl iş Qədim Gəncə Qalasının xilası üçün bir başlanğıc olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Həsənov ümid etdiyini söyləyib ki, tezliklə bu məsələ dövlət proqramına salınacaq, qoruq ərazisi tam olaraq təmizlənəcək, lazımi səviyyədə mühafizə olunacaq, burada böyük arxeoloji ekspedisiya təşkil edilərək, qala qismən bərpa ediləcək və şəhərimizin vizit-kartlarından birinə çevriləcək: “Bu problemin həll edilməsi üçün, eləcə də ictimailəşməsi üçün bir çox qurumlar və insanlar öz dəstəklərini verdilər, hər birinə təşəkkürümü bildirirəm! Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyinə, Qoruğun rəhbərliyinə və Xidmətin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyevə xüsusi minnətdarlığımı bildirirəm! Hörmətli ziyalılarımız Elçin Şıxlıya, Qulu Məhərrəmliyə, Arif Əliyevə və Yüksəl Bağırova bu məsələni işıqlandırdıqları üçün səmimi təşəkkürümü bildirirəm! Laqeyd qalmayan media nümayəndələrinə də təşəkkür edirəm! Məsələni ilkin olaraq qaldıran və geniş şəkildə ictimailəşdirməyə çalışan Gəncə İctimai İştirakçılıq Məclisinin üzvərinə də minnətdaram”.

Qeyd edək ki, tarixi Gəncə qalasının qalıqlarının məişət tullantıları altında qalması, üzərinə torpaq tökülərək basdırılması, tarixi yaddaşımızdan bir parçanın məhv edilməsinə dair günlərdir bir qrup ziyalı tərəfindən həyəcan siqnalı çalınır. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev kimi tanınmış media ekspertləri ötən günlərdə dəfələrlə problemi işıqlanırıb və müvafiq qurumların diqqətini bu istiqamətə yönəltməyə çalışıblar.

Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb - Tarixi yaramıza əlac edilməsinə başlanılıb -
Müəllif: Ayna.az