Ormandan Ermənistana: 18 yaşlı terror yetirməsinin gözlərinə diqqətlə baxın

Tarix

27.09.2020 - 19:33

Düşmən ölkənin tarix dərsliklərinin əhəmiyyətli hissəsi anti-türk təbliğatı və böyük saxtakarlıqlara həsr olunub

 

Bu gün dünyanın başı üzərindəki əsas təhlükə terrorizmdir. Tarixi qədimlərə kimi gedib çıxan bu məhvetmə prosesinin müasir dövrdə bir çox formaları mövcuddur: Siyasi terrorizm, iqtisadi terrorizm, dini-ideoloji terrorizm və s. Terrorun bütün bunlar arasında daha dəhşətlisi və qadağan olunmuş forması var ki, bu gün bir çox dövlətlər tərəfindən həyata keçirilməkdədir - dövlət terrorizmi.

 

1988-ci ildən başlayaraq Ermənistan dövləti Azərbaycana qarşı terror hərəkatlarına başladı və 90-cı illərdə bu, dövlət terrorizmi həddinə çatdı. Terrorçu olmaq üçün ermənilər hansısa bir ideologiyanı sonradan qəbul etmirlər. Elə dünyanı dərk edəndən bu ideologiya onların beyinlərinə yeridilir. Beşikdən başlayan “türk sənin düşmənindir” təlimi orta məktəblərdə də davam edir. Bugünkü mövzumuz da Ermənistanda dövlət səviyyəsində orta məktəblərdə terrorizmin şagirdlərin beyninə açıq şəkildə yeridilməsi, dərsliklərdə xüsusən Türk millətinə qarşı faşist xarakterli “araşdırma”ların yazılmasıdır.

 

Ermənistan yaradıldığı gündən qonşu dövlətlərin torpaqlarını işğal edir, edə bilmədiyini də “qədim Ermənistan” adı altında saxta xəritələr tərtib etməklə, təzyiq altında saxlamağa çalışır. Bu xalq həm də bütün Qafqaz xalqlarının dəyərlərini, mədəniyyətindən oğurladıqlarını bir yerə yığıb mədəniyyət düzəltməyə çalışır. Acınacaqlısı da odur ki, bunu açıq-aşkar, edirlər. Bütün bunlar azmış kimi, orta məktəb tarix fənni dərsliklərini də qondarma məlumatlarla doldurublar.

 

5-6-cı sinif tarix kitablarında özlərinin uydurduqları qədim tarixlərindən uzun-uzadı yazırlar. İkiçayarasından, Aralıq dənizinə, ordan isə Xəzər dənizinə kimi böyük əraziləri əhatələyən “böyük Ermənistan” adlı xəyali xəritələr yayımlayırlar. Bu, həmin ərazilərdə yaşamış qədim xalqların, etnosların varlığına, tarixinə təcavüz və həqarətdir.

Onların bu yalanını aşkara çıxarmaq üçün aşağıdakı izaha diqqət:

 

Ermənistan adı son dönəmlərin sözüdür. Belə ki, Azərbaycanın qərbində Zəngəzur, Göyçə bölgələri o qədər füsünkar təbiətə, sıx meşəliyə malik idi ki, Parfiya dövlətinin zamanında albanlar da, parflar da buraya “orman”, yəni meşəlik ərazisi deyirdilər. Bunlar qədim mənbələrdə, kitabələrdə öz əksini tapıb. Şahənşahlar, adətən ormana ovçuluq üçün gedərlərmiş. Sonralar Sasani dövləti, zamanı da buraya ormanlıq, Orman Parfiyası deyilirdi.

 

Ərəb işğalından sonra ərazinin adında dəyişiklik oldu. Ərəb dilində “a” və “o” hərfləri bir sait hesab edildiyindən, ad birbaşa “orman” deyil, “armən”, “ərmən” sözləri kimi dilə uyğunlaşdırıldı və elə tələfüz olundu. Vergi siyahıyaalması zamanı da, ərəb müəlliflərinin qeydlərində də əmirliyin adı Ərmən, Ərməniyyə kimi yazıldı. Bu zaman hay tayfaları Ərməniyyədə yox, qeyri-dəqiq məlumatlara görə, İranın cənubunda kiçik tayfa halında yerləşmişdilər.

 

Qaraqoyunlu dövlətinin varlığından Səfəvilər dövrünə kimi ticarət və bəzi məqsədlər üçün Ərməniyyəyə yəhudi və hayların saya gələcək qədər bəzi tacirləri ailələri ilə birlikdə köçürüldülər. Onlara Üçmüədzin (Üçkilsə) deyilən yerdə kilsə tikmək icazəsi verildi. Beləliklə, zaman keçdikcə həm İranda yaşayan, həm də Osmanlıda yaşayan haylar, fərqləndirmək üçün Üçmüədzin ətrafındakı haylara ərməniyyəlilər, ərmənlər dedilər.

200 illik işğal və 2016-cı ildə AŞPA-da təsbit olunan işğal faktı –  AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI

Rus işğalları zamanında isə bölgəyə Armeniya adı ilə müraciət edildi. Bu da ruslarda “ə” hərfinin olmaması ilə bağlı idi. 1828-ci ildə “Türkmənçay” müqaviləsi bağlandı, Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürüldü və təsdiqləndi. Bundan dərhal sonra Osmanlı və İrandan köçürülən bütün hay ailələri erməni adı ilə əraziyə yerləşdirildilər və Rusiya imperiyası bölgədə onlara Ermənistan çarlığı, sonra Ermənistan dövləti yaradaraq, ərazilərimizə tam məskunlaşdırdı.

 

Dünyaya səpələnmiş onların soyundan olan azsaylı haylar da erməni adlanmağa başladılar. Buna görə də son dövrlərin adı olan “Ermənistan” sözünü 3 min il əvvələ aid edib, qədim xəritə uydurub “böyük Ermənistan” yazmalarına haqları yoxdur və məntiqsizdir. Əgər “böyük Ermənistan” var olmuşdursa, indi dünyada milyonlarla erməni olmalı idi. Sual yaranır: O xalq hara getdi? Əgər soyqırım edilibsə, kütləvi məzarlıqlar, qalıqar tapılmalı idi. Assimilyasiya olunublarsa, bu, Qafqazda yaşayan digər xalqların da antropoloji quruluşunda əks olunmalı idi. Lakin bu halların heç biri baş verməyib və ermənilərin Qafqaz tipli etnos, xalq olmadıqları sübut olunub.

 

7 və 8-ci sinif dərsliklərində bütün yalanlarını davam etdirir, Naxçıvan, Qarabağ və Gəncə əraziləri Şərqi Ermənistan kimi təqdim edilir. Bu ərazilərin azad edilməsi gələcək nəsilə tövsiyyə olunur. Onlar kitablarında anti-türk siyasətini olduqca dərindən həyata keçirirlər. Onların yazdıqlarına görə, ermənilər ilk dəfə Qafqaza işğala gələn Hun türkləri ilə qarşılaşıblar, ikinci qarşılaşma, guya XII əsrdə Qafqaza gələn oğuz-səlcuqlarla olub.

 

Ermənilər bunu dərslikdə işğalçılıq, talançılıq, vəhşilik kimi, türkləri isə yad, düşmən olaraq yazıblar. Türklərə qarşı 1071-ci ildə Malazgird döyüşündə bizanslılara dəstək olaraq iştirak etmələrini böyük qəhrəmanlıq kimi təsvir edirlər. Daha sonrakı dövrlərdə Azərbaycan dövlətlərindən bəhs edilmir. Yalnız türklərin erməniləri “əzməsi”, “yox etməsi” ərazilərinin işğal edilməsi və s. uydurma tarix yazıblar.

 

Erməni tarix kitablarında Azərbaycan Səfəvi dövlətinin adı İran dövləti kimi qeyd edilir. Şahlardan yalnız Şah I Abbasa sayğı duyulur. Onun dövründə Tehran və İsfahanda erməni kilsəsinin tikilməsinə şahın icazə verməsi İran ilə Ermənistan dostluğunun qədimliyini göstərmək kimi yazılmaqdadır. 9, 10, 11-ci sinif tarix dərsliklərində isə rusların gəlişini xilaskar dost kimi qələmə veriblər. 1827-ci ildə İrəvan ətrafında gedən döyüşlərdə ruslara kömək etməkləri sədaqət rəmzi olaraq qiymətləndirilir.

Группа карабахских армян выступила в поддержку исследований по разоблачению  армянских фальсификаций истории — Новая Эпоха

Ermənistan dərsliklərində anti-türk siyasəti ilə yanaşı anti-islam siyasətinə də geniş yer verilir. Onlar kilsələrin köməyi ilə türklərə qarşı müharibə aparmalarından, daim kilsənin xidmətlərini erməni xalqı üzərində hiss etmələrindən uzun-uzadı bəhs etməkdədirlər. XX əsrin əvvəllərində, guya Osmanlı dövləti tərəfindən ermənilərə qarşı törədilən uydurma “soyqırım” hadisəsinə, bəlkə bir kitab həsr ediblər. Özlərini öz torpaqlarında yaşayan sadə ermənilər kimi məzlumcasına təqdim edir, ardınca məkrli ideologiyalarını elan edirlər. Bu qisasın erməni xalqının ömürlük qan davası olduğunu yeniyetmələrə aşılayırlar. Zaqafqaziya Komissarlığı və Seymin fəaliyyətindən də bəhs edir, guya tarixi Ermənistan torpaqlarının böyük hissəsi Osmanlıda qalmaqla, qalan hissəsində isə ingilislər Azərbaycan və Gürcüstan adlı dövlət qurublar.

 

Sovet dövründə də Qafqazda ermənilərə xüsusi imtiyazlar verildi. Qondarma “erməni soyqırımı” məsələləri gündəmə gətirildi. Bizlərə farsdan dönmə, azəri deyilərkən, ermənilər Qafqazın ən qədim xalqı kimi təqdim edildi. SSRİ Elmlər Akademiyasında “yan” soyad sonluğunu “ov”, “yev”ə dəyişərək, rus imişlər kimi fəaliyyət göstərən ermənilər tarixi ərazilərimizi saxtalaşdırmağa başladılar. Qafqaz Albaniyasının Şirvan da daxil, Bakıya, Xəzər dənizinə kimi xəritəsi cızıldı, əvəzində Qarabağın Arsak vilayətini ayıraraq məqsədyönlü şəkildə erməniləşdirdilər. Ermənilərə etiraz edən azsaylı azərbaycanlı alimlərə isə hədə-qorxularla, elmi işləri, adları əllərindən alınacaq deyib, susdurdular. Eyni zamanda “ov”, “yev” soyadlı “rus” alimləri misal çəkdilər ki, “o yerlərin tarixini biz ermənilər yox, rus alimlər araşdırıblar”.

 

Mənfur qonşuların 80-ci illərdən yenə də Azərbaycan torpaqlarına iddiaları baş qaldırmışdı. Onlar Qazax, Gədəbəy, Tovuz rayonlarına iddialı idilər. 1987-ci ildə anti-türk siyasəti açıq şəkildə nümayiş etdirildi. Onlar İrəvanda yaşayan azərbaycanlıları deport etməklə yanaşı, Qarabağ üçün də kütləvi mitinqlərə başladılar. Adını isə “Qarabağ Azadlıq Hərəkatı” qoydular. Xocalı soyqırımını isə erməni xislətinə uyğun olaraq, “vətənin azadlığı”, “qəhrəmanlıq dastanı” kimi orta məktəb dərsliklərində yayımlamaqdan çəkinməyiblər.

 

Terrorizmi, anti-türk ideologiyasını özünü dərk edəndən və orta məktəb dövründə uşaqların, yeniyetmələrin düşüncələrinə o dərəcədə yerləşdirirlər ki, onlar beyni yuyulmuş şəkildə bizlərə nifrət edirlər. Nifrət o qədər güclü aşılanır ki, Qarabağda, Göyçədə, İrəvanda dağıdılan abidələrimiz o gənclərə maraqlı olmur, görmürlər. Halbuki, həmin abidələr ermənilərin bizim Qafqaza gəlişimizi təqdim etdikləri XII əsrdən də yüzilliklər əvvələrə aparır.

 

Hərdən cəmiyyətimizdə müxtəlif siyasi ideologiyalara mənsub şəxslərin səngərdəki əsgərimizlə üz-üzə dayanan, 18 yaşlı erməni əsgərinin heç bir günahı olmadığını səsləndirirlər. Lakin onlar dərindən araşdırsalar, görərlər ki, həmin 18 yaşlı erməninin oxuduqları, bizə nifrəti o qədərdir ki, biz ermənilərə qarşı yüz ildə xalq olaraq o qədər nifrət yarada bilmərik. Həmin erməni əsgəri səngərdə keşik çəkmir. Onun ideyası torpaqlarımızı, ta Bakıya qədər işğal etməkdir!

Erməni əsgər qarın boşluğundan aldığı güllə yarasından ölüb

Müəllif: Şəhla Cabbarlı