Tanınmış aktrisa həbs olunub

Mədəniyyət

16.09.2019 - 20:37

O, qızının universitetə qəbul imtahanında yüksək bal toplaması üçün rüşvət verib

 

Məşhur amerikalı aktrisa Felicity Huffman həbs olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, qızının universitetə qəbul imtahanında yüksək bal toplaması üçün rüşvət verdiyinə dair ittihamı qəbul edib.

 

Bir müddətdir dünyanın ən çox izlənilən seriallarından olan “Çarəsiz evdar qadınlar” ilə məşhurlaşan aktrisa haqqında məhkəmə yekun qərar verib. Huffman 14 gün həbs cəzası çəkməklə yanaşı, 250 saat dövlət işlərində çalışdırılacaq və 30 min dollar cərimə ödəyəcək.

 

Qeyd edək ki, Felicity Huffman müxtəlif dövrlərdə “Emmy”, “Qızıl Qlobus” və SAG mükafatı qazanmaqla yanaşı, 2005-ci ildə ən yaxşı aktrisa roluna görə də “Oskar”a namizəd olub.

Müəllif: Ayna.az