Şuşada turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

Xəbərlər

23.01.2024 - 14:18

Konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir

Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək.

AYNA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2024-cü il ərzində Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş