Şəhərlərin qazlaşdırılması üçün iş aparlır
İşğaldan azad edilmiş ərazilərin qazlaşması sahəsində hazırkı mərhələdə yalnız layihələndirmə işləri aparılır. AYNA xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Cəfərovun sözlərinə görə, ilk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılmasından söhbət gedir: “Layihələndirmə işləri başa çatdıqdan və maliyyələşmə məsələsi həll olunduqdan sonra qazlaşdırma aparılacaq”.