Suriyanın şimalında İŞİD-in 9 silahlısı ələ keçirilib

Dünya

24.10.2022 - 04:30

Həkimlər Klinikalar SEO Xidməti

Terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığı məlum olub

Suriyanın şimalındakı Əl-Bab bölgəsində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 4-ü təşkilatın lideri olmaqla 9 terrorçu ələ keçirilib.

AYNA xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kəşfiyyat terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığını öyrənə bilib.

Saxlanılanlar arasında "Əbu Musxab" kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun köməkçisi də var.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş