Partlayış nəticəsində 8 mülki şəxsin öldüyünü və çox sayda insanın yaralandığını bildirib
Suriyanın Hələb vilayətinin Afrin şəhərində bomba daşıyan nəqliyyat vasitəsi partlayıb.
AYNA xəbər verir ki, Suriyaya məxsus yerli mənbələr partlayış nəticəsində 8 mülki şəxsin öldüyünü və çox sayda insanın yaralandığını bildirib.
Hadisə yerinə gələn yanğınsöndürənlər partlayışdan sonra yanğını söndürüblər.