Suraxanının bir hissəsində su olmayacaq

Xəbərlər

23.10.2020 - 16:03

Magistral su xəttində baş vermiş qəza baş verib

 

Bu gün Hövsan qəsəbəsində su olmayacaq. Bu barədə AYNA-ya “Azərsu” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: Ayna.az