Sumqayıtda yataqxanadakı partlayışla bağlı şəhər prokurorluğunda araşdırma aparılır

Xəbərlər

15.01.2024 - 22:56

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş